“Napoli” – “İnter” matçını izləyən azarkeş sayı bilindi

İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “Napoli” – “İnter” matçını izləyən azarkeş sayı məlum olub.

Komanda.az xəbər verir ki, sözügedən qarşılaşmanı 7 milyona yaxın insan televiziyadan izləyib. Bu barədə TMW nəşri məlumat yayıb. “Napoli” – “İnter” matçını televiziya auditoriyasının 32 faizi izləyib.

İlk oyunda rəqibini 1:0 hesabıyla məğlub edən “Napoli”, cavab qarşılaşmasında qollu bərabərə qalaraq (1:1), adını finala yazdırıb.

“Napoli”nin finaldakı rəqibi “Yuventus”dur. Kubokun final matçı iyunun 17-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button