
İtaliya klubundan baş məşqçi ilə yeni müqavilə
“Venetsiya” baş məşqçisi Covanni Stroppa ilə yeni müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, A Seriyasına vəsiqə qazanan İtaliya klubu 57 yaşlı mütəxəssislə sözləşmənin müddətini 2029-cu ilin yayına qədər uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Stroppa 2025-ci ilin yayından “Venetsiya”nı çalışdırır. Onun rəhbərliyi altında komanda ötən mövsüm B Seriyasının qalibi olaraq yenidən elitaya yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



