İtaliya klubunda yeni baş məşqçi

İtaliyanın SPAL klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisini bundan sonra Luici Di Byaco çalışdıracaq.

Bu barədə də klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssis yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.

Qeyd edək ki, o, baş məşqçi postunda Leonardo Sempliçini əvəz edib. Di Byaco Azərbaycan millisinin də baş məşqçi postuna namizədlərdən biri idi.

SPAL A Seriyasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button