İtaliya klubunda iki yeni müqavilə

İtaliyanın “Sampdoriya” klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi yapon müdafiəçi Maya Yoşida, həmçinin qambiyalı müdafiəçi Omar Kollini daha bir neçə il heyətində saxlamağa qərar verib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yoşida ilə yeni müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Kolli isə 2025-ci ilin iyununa qədər “Sampdoriya”nın uğurları üçün çalışmağa davam edəcək.

Yoşida 2020-ci ilin yanvarından bu klubun formasını geyinir. Yaponiya yığmasında 100-dən çox oyun keçirmiş 32 yaşlı futbolçu daha öncə “Sauthempton”, “Venlo” və “Naqoya Qrampus” klublarında da oynayıb.

Kolli isə 2018-ci ildən “Sampdoriya”dadır. Qambiya yığmasının 28 yaşlı üzvü əvvəllər “Genk”, “Yuqrarden”, “KuPS”, “Real de Banjul” və “Vallidan” klublarında da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button