İtaliya klubunda 6 nəfər koronavirusa yoluxdu, komanda fəaliyyətini dayandırdı

İtaliyanın “Torino” klubunda 6 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Virusa yoluxanların hamısı U-23 komandasının üzvləridir. Onlar xəstəliyin simptomlarını keçirmirlər və karantinə alınıblar.

“Torino” sözügedən komandanın fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bildirib.