
“Roma” “Əl-Şabab”ın futbolçusu üçün danışıqlara başlayıb
“Əl-Şabab”ın yarımmüdafiəçisi Yannik Karrasko karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Roma” 32 yaşlı futbolçunun icarəyə götürülməsi üçün danışıqlara başlayıb.
Səudiyyə Ərəbistanı təmsilçisi Karrasko ilə yolları ayırmaqda o qədər də maraqlı deyil. Xüsusilə də, ona “Napoli”nin də iddialı olması vəziyyəti çətinləşdirir. Neapol klubu belçikalı yarımmüdafiəçi ilə bağlı bir neçə həftə əvvəl rəsmi sorğu göndərib.
Karraskonun “Əl-Şabab”la müqaviləsinin bitməsinə ilyarım qalıb. O, 2023-cü ilin sentyabrında “Atletiko”dan Səudiyyə Ərəbistanı klubuna transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



