Ruslanın “elçilər”i

İtaliya “Atalanta”sının futbolçusu Ruslan Malinovski yayda klubunu dəyişə bilər.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə İngiltərənin “Çelsi”, Fransanın PSJ və İtaliyanın “İnter” klubu yaxından maraqlanır. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Atalanta” ukraynalı futbolçu üçün azı 21 milyon avro tələb edir. Klublar yayda Berqamo təmsilçisi ilə danışıqlara başlayacaqlar.

Malinovski bu mövsüm İtaliya A Seriyasında 8 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Ukrayna milli komandasının da üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button