“Napoli” Turinə getmək istəmir – “Yuventus”la oyun təxirə salına bilər

İtaliya A Seriyasının 3-cü turunun “Yuventus” – “Napoli” matçı təxirə salına bilər.

Komanda.az xəbər verir ki, buna səbəb hər iki klubun üzvlərinin koronavirusa yoluxmasıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

“Napoli”nin nümayəndələri “Yuventus”la səfər oyununun təxirə salınması üçün A Seriyası rəhbərliyinə müraciət edib. Neapol təmsilçisi Turinə getmək niyyətində deyil və klubun nümayəndələri texniki məğlubiyyətin olmaması üçün turnirin rəhbərliyi ilə danışıqlar aparır.

“Napoli”nin futbolçuları Petr Zelinski və Eljif Elmasda koronavirus aşkarlanıb. “Yuventus”un isə 2 işçisi virusa yoluxub.

“Yuventus” – “Napoli” matçı bu gün, saat 22:45-də keçirilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button