Prezident futbolçulardan maaşlarından imtina etmələrini istədi – “İnter”də

İtaliya A Seriyasında çempion olan “İnter” klubunun prezidenti Stiven Çjan futbolçulardan iki aylıq məvaciblərini kluba bağışlamalarını istəyib.

Komanda.az xəbər verir ki, buna səbəb klubun yaşadığı maliyyə problemləridir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Klub prezidenti futbolçularla görüşərək, onlardan maaşlarından iki aylıq imtina etmələrini istəyib. Futbolçular hələ qərar verməyiblər.

“İnter” A Seriyasında 11 il sonra çempion olub.