Klub prezidentinin üsyanı: “Növbəti mövsümdə futbol olacaq?”

İsveçrənin “Syon” klubunun prezidenti Kristian Konstantin maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 64 yaşlı funksioner, koronavirus pandemiyasının futbol klublarına vurduğu maliyyə zərərindən danışıb:

“Barselona” klubunun belə, bir milyard borcu var. Sunami gəlir, kimsə fərqində deyil. Artıq edə biləcəyimiz bir şey yoxdur. Futbol batır, hər kəs bir həll yolu var kimi davranır.

Növbəti mövsümdə futbol olacaq? Azarkeşlər yox, sponsorlar bu sahədən qaçır. Böyük fəlakətin eşiyindəyik, hər şey parça-parça olmaq üzrədir”.

“Syon” İsveçrə çempionatında 10 komanda arasında 9-cudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button