“İstefamla bağlı sualı verən insan, yəqin AFFA-nın baş katibi olmaq istəyir”

AFFA-nın baş katibi Elxan Məmmədov “CBC Sport” telekanalına müsahibə verib.

Komanda.az xəbər verir ki, Məmmədova müsahibə zamanı izləyicilərin sualları da ünvanlanıb. Baş katib “niyə istefa vermirsiz” sualını da cavablandırıb:

“Rəhbərlik düşünsə ki, müqaviləyə xitam verilmə vaxtıdır, mən qərara hörmətlə yanaşaraq, dərhal icra edərəm. Futbola heç nə gətirə bilmədiyimi düşündükləri vaxt bunu edəcəklər. Bu, istefamın hüquqi tərəfidir.

Özüm futbolla yaşayan insanam. 6-7 yaşımdan futbola azarkeşlik edirəm. İlk təhsilim menecment, ikinci təhsilim idman idarəetməsi ilə bağlıdır. Aldığım təhsil, tutduğum vəzifə və futbola olan azarkeşliyim bir yerdə cəmləşib. İrəlidə müxtəlif layihələr var. Onları mütləq yerinə yetirməliyəm. Bunu edəcəm. Hər gün işə böyük həzz, arzu, sevgi, müsbət emosiyalarla gəlirəm. İşə arzusuz və həvəssiz gəldiyim bir gün olsa, həmin işdə qalmayacam. Bu idman növünü çox sevirəm və düşünürəm ki, hər bir şəxsin fundamenti sağlamlıqdan asılıdır. Hamımız idmanın təbliğatını aparmalıyıq. Futbol isə bunun ən gözəl yoludur. İstefamla bağlı sualı verən insan, yəqin AFFA-nın baş katibi olmaq istəyir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button