“Başakşəhər” çətin qələbə ilə zirvəyə yüksəldi

Türkiyə Super Liqasında 23-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Sivasspor”la “Alanyaspor” qarşılaşıb. Minimal hesabla üstün olan Sivas təmsilçisi yenidən zirvəni ələ keçirib.

Super Liqanın lideri “Trabzonspor” bu turda səfərdə “Beşiktaş”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. “Kayserispor” – “Konyaspor” oyununda da eyni hesab qeydə alınıb. Elə “Göztəpə” – “Qaziantep” qarşılaşması da heç-heçə yekunlaşıb.

23-cü turun mərkəzi görüşü İstanbulda keçirilib. “Fənərbaxça” doğma azarkeşləri qarşısında əzəli rəqibi “Qalatasaray”ı qəbul edib. Dörd qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb.

Sonuncu oyun günündə “Kasımpaşa” “Dənizlispor” üzərində inamlı qələbəyə sevinib. “Rizəspor”un qonağı olan “Başakşəhər” isə çətin qələbə ilə turnir cədvəlində ilk pilləni ələ keçirib.

Türkiyə Super Liqası, 23-cü tur

21 fevral

Sivasspor – Alanyaspor 1:0
Qol
: M.Yandaş, 9-pen.

22 fevral

Kayserispor – Konyaspor 2:2
Qol
: Kravets, 45+3. P.Enrike, 87 – O.Şahiner, 8. Haciahmetoviç, 44.

Göztəpə – Qaziantep 1:1
Qol
: Jerom, 71 – Diarra, 90+1.

Beşiktaş – Trabzonspor 2:2
Qol
: Boatenq, 57. Vida, 64 – Sorlot, 5; 90+2.

23 fevral

Yeni Malatyaspor – Antalyaspor 1:2
Qol
: U.Bulut, 29 – Fredi, 8. Podolski, 89.

Gənclərbirliyi – Ankaragücü 1:0
Qol
: Sio, 74.

Fənərbaxça – Qalatasaray 1:3
Qol
: Kruse, 21-pen – Donk, 40. Falkao, 79-pen. Onyekuru, 90+7.

24 fevral

Kasımpaşa – Dənizlispor 2:0
Qol
: Breçka, 22. Hayradinoviç, 83.

Rizəspor – Başakşəhər 1:2
Qol
: A.Umar, 60 – Vişça, 43-pen. Şkrtel, 90+1.

Bombardir: Aleksandr Sörlot (Trabzonspor) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button