“İstədiyim komandanı meydanda görürəm” – Elmar Baxşıyev

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Müəyyən səbəblərə görə oyuna ciddi itkilərlə çıxdıq. Çətin olacağını bilirdik. Komandaya bildirmişdik ki, gənclərə inanırıq, onlara şans verəcəyik. Komanda şəklində çox məzmunlu və yaxşı oyun nümayiş etdirib, qələbə qazandıq.
  • Komanda orta hesabla 7-8 real qol epizodunu boşa verir. Ələ düşən imkanları dəyərləndirə bilmirsiz. Bu problemi necə aradan qaldırmağı düşünürsüz?
  • Bunun üzərində çalışırıq. Belə imkanları yaratmaq güc tələb edir. Mən istədiyim komandanı meydanda görürəm. Komandaya bir iradım yoxdur, getdikcə daha da diqqətli olub, əlimizə düşən imkanları dəyərləndirəcəyik.
  • Rüfət Əhmədovun oyununu necə qiymətləndirirsiz?
  • Rüfət U-21 millisinin də üzvüdür. Akademiyamızın yetirməsidir, biz ona inanıb bura gətirmişik. Rüfət gələcəkdə əsas milliyə qədər yüksələ bilər, onda bu potensial var.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button