İsrafilovun komandasından səfər qələbəsi

Futbol üzrə İspaniya 2-ci liqasında 38-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Ponferradina” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Albasete” 38 oyuna topladığı 36 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.