İsrafilovun komandasından darmadağın

Futbol üzrə İspaniya 2-ci liqasında 41-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Saraqosa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.

“Albasete” hazırda 49 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button