İsrafilovun komandası Sequndanı tərk etdi

Futbol üzrə İspaniya 2-ci liqasında 41-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Las Palmas”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:3.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Albasete” 41 oyuna topladığı 38 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. Mövsümün sonuna bir tur qalmış bu komandanın aşağı liqaya yuvarlanacağı dəqiqləşib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button