İsrafilovun komandası mövsümü sonuncu pillədə başa vurdu

Futbol üzrə İspaniya 2-ci liqasında 2020/21 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də bu mövsümün sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 42-ci tur çərçivəsində doğma meydanda “Fuenlabrada” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Albasete” 42 oyuna topladığı 38 xalla mövsümün 22 iştirakçı arasında sonuncu pillədə başa vurub. Eddi İsrafilov isə geridə qalan mövsümdə 34 oyunda meydana çıxıb, 2 qol vurub, 9 sarı vərəqə ilə cəzalanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button