İsrafilovlu “Albasete” qələbə həsrətinə son qoydu

Futbol üzrə İspaniya 2-ci liqasında 35-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Mirandes”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

“Albasete” 35 oyuna topladığı 32 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.