İsrafilovlu “Albasete” evdə xal itirdi

Futbol üzrə İspaniya 2-ci liqasında 40-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Luqo” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.

“Albasete” 40 oyuna topladığı 38 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button