İsrafilov üçün 84 dəqiqə və 1 xal

Futbol üzrə İspaniya 2-ci liqasında 36-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

“Albasete” 36 oyuna topladığı 33 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.