İsrafilov mövsümün son matçında oynamadı

Futbol üzrə İspaniya 2-ci liqasında 2019/20 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də bu mövsümün son matçına çıxıb.

Sözügedən kollektiv 42-ci tur çərçivəsində səfərdə “Kadis”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Albasete” bu qələbə sayəsində xal ehtiyatını 52-yə çatdırıb və 22 iştirakçı arasında 17-ci yeri tutmaqla aşağı liqaya düşməkdən qurtulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button