7 il əvvəlki uğursuzluqları təkrarladılar

İspaniya millisi AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunda Şotlandiyaya uduzub (0:2).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispanlar 2016-cı ilin iyunundan bəri ilk dəfə 2 top fərqi ilə uduzublar. Öncədən onlar AÇ-2016-da İtaliyaya eyni hesabla məğlub olmuşdular (0:2).

Eyni zamanda, İspaniya yığması 2016-cı ilin oktyabrından bəri ilk dəfə Avropa çempionatının seçmə mərhələ görüşündə iki qolla məğlub olub. Daha əvvəl onlar eyni hesabla İsveçlə matçda meydandan xalsız ayrılmışdılar (0:2).

İspaniya millisi hazırda A qrupunda 3 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button