La Liqa klubunda yeni futbolçu

İspaniyanın “Valyadolid” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Eybar”dan Fabian Orelyananı transfer edib. Bu barədə “Valyadolid”in mətbuat xidməti məlumat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Çili milli komandasının da üzvü olan Orelyana “Valensiya”, “Selta” kimi klubların da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button