“İnter”lə oyun çətin başlanğıc olacaq” – Ançelotti

İspaniyanın “Real” komandasının baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “İnter”ə (İtaliya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Ançelotti, bu mövsüm mümkün olan bütün titulları qazanmaq istədiyini deyib:

“Real” hər zaman olduğu kimi, mübarizəsini aparacaq. Rəqabət aparacağıq, bu, vacibdir. Bütün titullar üçün savaşacağıq.

Çempionlar Liqası komandalara ilham verən turnirdir. “İnter”lə oyun çətin başlanğıc olacaq. İtaliya komandasında yeni baş məşqçi var və komanda enerjilidir. Çətin oyun olacaq”.

Bu gün keçiriləcək “İnter” – “Real” matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button