“Real” yeni mövsümün planlarına başladı – ilk hədəf

İspaniyanın “Real” klubunun transferdə əsas hədəfi məlum olub.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi 2022-ci ilin yayında “Çelsi”dən Antonio Rüdigeri heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Real” London klubu ilə müqaviləsi mövsümün sonuna qədər olan Rüdigerlə yanvar ayında danışıqlara başlayacaq. Madrid təmsilçisi almaniyalı futbolçunun keçidini qışdan həll etmək niyyətindədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button