“Real”ın transferdə əsas hədəfi

İspaniyanın “Real” klubunun transferdə əsas hədəfi məlum olub.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi müdafiəçilər Rafael Varan (“Mançester Yunayted”) və Serxio Ramosun (PSJ) ayrılığından sonra bu mövqeyə yeni futbolçu transfer etmək niyyətindədir. Bu barədə “Mundo Deportivo” məlumat yayıb.

“Real”ın əsas hədəfi “Vilyarreal”dan Pau Torresdir. Madridlilər ispan müdafiəçi üçün klubu ilə danışıqlara başlayıb.

24 yaşlı Torresın “Vilyarreal”la müqaviləsi 2024-cü ilin yayına qədərdir. İspaniya millisinin də üzvü olan müdafiəçinin “transfermarkt”da dəyəri 50 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button