Kurtuaya yeni müqavilə təklif ediləcək

“Real” qapıçısı Tibo Kurtua ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiperin hazırkı müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulsa da, “kral klubu”nun rəhbərliyi 34 yaşlı futbolçunun çıxışından razıdır və onu uzun müddət komandada saxlamaq niyyətindədir.

Tərəflər yay transfer pəncərəsi bağlandıqdan qısa müddət sonra yeni sözləşmə ilə bağlı danışıqlara başlayacaqlar.

Kurtua 2018-ci ildən “Real”ın formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 43 top buraxıb və 17 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button