“Real”ın futbolçusunda koronavirus aşkarlandı

İspaniyanın “Real” klubunun futbolçusu Federiko Valverde koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspan yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.

Valverde bir neçə gün əvvəl koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün karantinə alınmışdı.