Zidan La Liqadakı favoritini açıqladı

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan La Liqada mövsümün favoritini açıqlayıb.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan fransalı mütəxəssis, “Atletiko”nun La Liqada favorit olduğunu deyib:

“Atletiko” La Liqanın qalibi ola bilər, ən böyük favorit onlardır. Çünki mən onların oyununu görmüşəm. “Atletiko” hər zaman rəqabətçi bir komanda olub və indi də çempionatda liderdirlər”.

“Real” La Liqanın 13-cü turu çərçivəsində bu gün “Atletiko”nu qəbul edəcək. Qarşılaşma saat 00:00-da start götürəcək.

“Atletiko” turnir cədvəlində 26 xalla liderdlir. 20 xalı olan “Real” isə 4-cü pillədə qərarlaşıb.