“Real”ın müdafiəçisi üçün mövsüm bitdi

İspaniyanın “Real” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Dani Karvahal sıradan çıxıb. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Çelsi” ilə ilk matçında (1:1) zədələnən Karvahal mövsümün qalan hissəsini buraxmalı olacaq.

29 yaşlı futbolçu bu mövsüm La Liqada 13 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button