“Malyorka”nın yeni baş məşqçisi açıqlandı

İspaniyanın “Malyorka” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, bu mövsüm La Liqanı tərk edən komandanın “sükan”ı Lus Qarsiya Plasaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Luis Qarsiya bundan əvvəl “Elçe”, “Vilyarreal”, “Xetafe” kimi komandaları çalışdırıb. Mütəxəssis yeni iş yerində Visente Morenonu əvəzləyib.

“Malyorka” geridə qalan mövsümdə La Liqanı 19-cu sırada bitirərək, elitanı tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button