La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Leqanes” klubunun baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Xavyer Aqirreyə tapşırılacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb. “Leqanes”in Aqirre ilə bu həftə rəsmi müqavilə imzalayacağı bildirilir.

Daha əvvəl İspaniyada “Atletiko”, “Osasuna”, “Saraqosa” kimi klublarda baş məşqçilik edən Aqirre, son olaraq Misir millisini çalışdırıb.

“Leqanes” hazırda La Liqada 5 xalla sonuncu – 20-ci sırada yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button