Koronavirusa görə karyerasını bitirə bilər: “Məni buna məcbur etsələr…”

İspaniyanın “Kadis” klubunun futbolçusu Fali Ximenes koronavirus pandemiyası tam bitməmiş futbol oynamaq istəmir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 26 yaşlı müdafiəçi özü açıqlama verib:

“Bilsəm ki, koronavirus bir faiz də olsa var, futbol oynamayacam. Məni buna məcbur etsələr, karyeramı bitirəcəm. Bunu artıq ailəmlə də müzakirə etmişəm. Bu virusu kiməsə yoluxdursam, özümü heç vaxt bağışlamaram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button