Fransa millisinin üzvü La Liqa klubunda

İspaniyanın “Betis” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Lion”dan Nabil Fekiri transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Transferin detalları isə açıqlanmayıb.

2013-cü ildən “Lion”da forma geyinən Fekir, 193 rəsmi qarşılaşmada iştirak edib. Fransız yarımmüdafiəçi bu oyunlarda 69 qol və 46 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi 21 dəfə formasını geyindiyi Fransa millisində isə 2 qol vurub.

Fekirlə bir müddət əvvəl “Liverpul” və “Çelsi” yaxından maraqlanırdı.