“Barselona”nın iki futbolçusu koronavirusdan sağaldı

İspaniyanın “Barselona” klubunun iki futbolçusu – Dani Alveş və Jordi Alba koronavirusdan sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Hər iki müdafiəçinin koronavirus testinin nəticəsi neqativ olub.

Alveş və Alba “Barselona”nın İspaniya kubokunda yanvarın 5-də “Deportivo Linares”ə qarşı keçirəcəyi oyunda iştirak edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button