“Barselona” onların məvaciblərini azaldır

İspaniyanın “Barselona” klubu futbolçuları Jerar Pike, Serxio Buskets, Jordi Alba və Serxio Robertonun maaşlarını azaltmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, “Barselona”nın Buskets, Alba, Roberto və Pikeylə olan müqavilələri yenidən nəzərdən keçirəcəyi və onların məvaciblərini azaldacağı bildirilir. Buna səbəb “Barselona”nın koronavirusa görə yaşadığı maliyyə sıxıntılarıdır.  

Kataloniya klubunun bundan başqa, bir neçə futbolçuyla da yollarını ayırması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button