“Barselona” “Çelsi”nin futbolçusunu heyətinə qata bilər

İspaniyanın “Barselona” klubu “Çelsi”nin futbolçusu Sesar Aspilikueta ilə maraqlanır.

Komanda.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb. Xəbərdə, “Barselona”nın ispan müdafiəçini yayda da heyətinə qatmaq istədiyi bildirilib.

Aspilikuetanın “Çelsi” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir. 32 yaşlı müdafiəçi “zadəganlar”la hələ yeni müqavilə imzalamayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button