“Atletiko” Argentina millisinin üzvü üçün 35 milyon avro ödəyəcək

İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi “Udineze”dən yarımmüdafiəçi Rodriqo De Paulu transfer etməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Atletiko” argentinalı futbolçu və klubu ilə razılığa gəlib.

Madrid klubu Rodriqo üçün “Udineze”yə 35 milyon avro ödəyəcək.

Hazırda Argentina yığmasının düşərgəsində olan 27 yaşlı futbolçu yaxın zamanda yeni klubu ilə rəsmi müqavilə imzalayacaq.