Eddi İsrafilov klubsuz qaldı

İspaniyanın “Albasete” klubu futbolçusu Eddi İsrafilovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Albasete”də Eddiylə yanaşı, daha 17 futbolçu ilə yollar ayrılıb. Komanda İspaniya Sequndasını 22-ci sırada bitirib və yeni mövsümdə 3-cü liqada çıxış edəcək.

Eddi 2020-ci ilin avqustundan “Albasete”də çıxış edirdi. İsrafilov Azərbaycan millisi ilə 13 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button