La Liqa klubunda yeni baş məşqçi

İspaniyanın “Alaves” klubunda baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Xavyer Kalyexaya tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Kalyexa son olaraq “Osasuna” komandasını çalışdırıb. İspan mütəxəssis “Alaves”də baş məşqçi postunda Abelardo Fernandesi əvəzləyib.

“Alaves” La Liqada 29 turdan sonra 23 xalla 19-cu pillədə qərarlaşıb.