İspaniyalı model Mbappe ilə bağlı sualı cavabsız qoydu

İspaniyalı aktrisa və model Ester Esposito “Real”ın hücumçusu Kilian Mbappe ilə bağlı yayılan eşq iddialarına münasibət bildirməkdən imtina edib.

O, La Liqanın 29-cu turunda “Real”la “Atletiko” arasında keçirilən və “kral klubu”nun 3:2 hesablı qələbəsi ilə başa çatan oyunu stadiondan izləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Esposito qısa şəkildə belə deyib:

“Bu barədə heç nə deməyəcəm. Futbol xoşuma gəlirmi? Düzünü desəm, çox yox. Amma oyun yaxşı idi”.

Aktrisanın bu cavabı sosial şəbəkədə geniş müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button