İspaniya millisinin futbolçusu zədələnib – DÇ-2022-ni buraxa bilər

İspaniya milli komandasının və “Valensiya”nın müdafiəçisi Xose Luis Qaya zədələnib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, dabanından zədələnən 27 yaşlı futbolçu Qətərdə keçiriləcək dünya çempionatını buraxmaq təhlükəsi ilə üzləşib.

İspaniya millisinin tibbi heyəti onunla bağlı bu gün qərar verəcək.

Qaya DÇ-2022-də iştirak edə bilməsə, onu “Barselona”nın müdafiəçisi Alexandro Balde əvəz edəcək. 

Qətərdəki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button