“Barselona”nın keçmiş hücumçusu vəfat etdi

İspaniya milli komandasının sabiq hücumçusu Xusto Texad vəfat edib.

Komanda.az xəbər verir ki, keçmiş futbolçu 88 yaşında ölüb. Bu barədə “Barselona” klubunun mətbuat xidməti məlumat yayıb.

İspaniyada “Mursiya”, “Espanyol”, “Kondal”, “Real” və “Barselona”da çıxış edən Texad İspaniya yığmasında 8 oyuna 4 qol vurub.

Xusto Texad “Barselona” klubunda 194 rəsmi matça çıxıb. Mərhum hücumçu “Kamp Nou” stadionunda ilk oyuna çıxanlardan olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button