AÇ-2020: “Bu dueldə kimin qalib gələcəyini görmək maraqlıdır” – Enrike

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike AÇ-2020-nin yarımfinal mərhələsində İtaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Enrike, matçla bağlı bunları deyib:

“Fərdi oyunçuların komandadan daha vacib olduğuna inanaraq, böyük uğur əldə etmək mümkün deyil. Biz millidən çox klub komandasına bənzəyirik. İnanıram ki, İspaniya millisinin oyunçuları öz səviyyələrini göstərərlər.

Bu andan zövq almalıyıq. Yüngül məşq keçirdik. Məşqdə futbolçuların özlərini necə rahat hiss etdiklərini görə bilərsiz. Əylənməyə çalışmalıyıq.

Düşünürəm ki, hər iki komandanın ehtiyatlı davranacağı oyun olacaq. Bu dueldə kimin qalib gələcəyini görmək maraqlıdır. İtaliyanın bir çox möhtəşəm futbolçusu var və ən əsası, yaxşı komandadırlar. Bir çox cəhətdən güclüdürlər. Hər iki komandanın qələbə şansı var”.

Bu gün keçiriləcək İtaliya – İspaniya matçı saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button