AÇ-2020: “Azarkeşlərimiz onu alqışlamalıdırlar” – Luis Enrike

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike AÇ-2020-nin qrup mərhələsinin ilk turunda İsveçlə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Enrike, 0:0 hesabıyla bitən oyunu belə şərh edib:

“Çox yaxşı müdafiə olunan komandaya qarşı kifayət qədər qol imkanımız oldu. Azarkeşlər və futbolçular üçün yaxşı axşam olmadı”.

Enrike, oyun zamanı azarkeşlər tərəfindən fitə basılan hücumçu Alvaro Morataya dəstək olub:

“Moratanı fitə basdılar. Mən onun buna layiq olmadığını düşünürəm. Bizə düşündüyümüzdən çox fayda verir. Arxasında qalan topu vura bilmədi deyə, tənqid olunur. Azarkeşlərimiz onu alqışlamalıdırlar. Bu, məni xoşbəxt edər. Meydanda mübarizə aparan hər kəsi alqışlamaq lazımdır. Morata da onlardan biridir”.