AÇ-2020: “Bu turnirdə İspaniya millisindən daha yaxşı komanda görmədim”

İspaniya milli komandasının baş məşqçisi Luis Enrike AÇ-2020-nin 1/4 final mərhələsində İsveçrəyə qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Enrike, turnirdə İspaniya yığmasından daha yaxşı komanda olmadığını deyib:

“Bu turnirdə İspaniya millisindən daha yaxşı komanda görmədim. Bir neçə fərdi səhvlərimiz olsa da, komanda adına hər şey müsbət olub. Müdafiədə də komanda olaraq ən yaxşı bizik.

İsveçrəni yaxşı tanıyırıq, onlar da bizi. Güclü təzyiq edirlər. İsveçrə hücuma yaxşı çıxır və bu baxımdan ən yaxşı komandalardan biridir. İsveçrəni məğlub etmək asan olmayacaq”.

Bu gün keçiriləcək İsveçrə – İspaniya matçı saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button