La Liqa matçında irqçilik – futbolçular meydanı tərk etdilər

İspaniya La Liqasının 29-cu turu çərçivəsində keçirilən “Kadis” – “Valensiya” matçında xoşagəlməz hadisə yaşanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində “Valensiya”lı Muktar Diakabi rəqib futbolçu Xuan Kala ilə mübahisə edib. “Kadis”in müdafiəçisi Kala, Diakabiyə qarşı irqçi ifadələr işlədib və Qvineya əsilli fransalı futbolçu meydanı tərk edib. Diakabidən sonra “Valensiya”nın və “Kadis”in bütün futbolçuları paltardəyişmə otağına yollanıb.

Oyunda yaranan 10 dəqiqəlik fasilədən sonra hakim hər iki komandanın üzvləri ilə danışıb və matç qaldığı yerdən davam edib. İrqçiliyə məruz qalan Diakabi isə Qillamon ilə əvəzlənib.

“Kadis” – “Valensiya” matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.