İspaniya klubundan futbolçu transfer etdi – “Neftçi”nin rəqibi

“Neftçi”nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan “Aris” (Kipr) heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi İspaniyanın 3-cü liqa komandalarından “Marbelya”dan Karlos Espositonu transfer edib. 18 yaşlı ispaniyalı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Esposito ötən mövsüm “Marbelya”nın U-19 komandasında 26 oyunda 16 qol vurub.

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab matçları iyulun 28-də keçiriləcək.

Bizi Telegramda izləyin