İspan klubunun çinli futbolçusu sağaldı

İspaniyanın “Espanyol” klubunun koronavirusa yoluxan futbolçusu Vu Ley sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat verib. 28 aprel-7 may tarixləri arasında iki testdən keçən çinli futbolçunun hər iki testinin nəticəsi neqavit olub.

Vu Ley “Espanyol”un mart ayında koronavirusa yoluxan 8 futbolçusundan biri idi. Onun bu gündən etibarən məşqlərə başlayacağı bildirilir.