İddia: Qrizmann “Barselona”dan ayrılır

İspan jurnalist Eduardo İndu “Barselona”nın futbolçusu Antuan Qrizmannın yayda komandadan ayrılacağını iddia edib.

Komanda.az xəbər verir ki, bu barədə İnduya fransız futbolçuya yaxın olan mənbə məlumat verib. Xəbərə görə, “Barselona”ya uyğunlaşmaqda çətinlik çəkən fransız hücumçunun Kataloniyadan ayrılmaq haqda düşündüyü bildirilir.

Bu yay “Barselona”ya keçən Qrizmannın müqaviləsi 2024-cü ilin iyununa qədərdir.